Menyu

Messi Argentina millisində vida oyununa çıxacaq

Operativ Media
Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisinin Benin yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyununa çağırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın Messinin milli komandadakı vida oyunu olacağı gözlənilir.

Argentina – Benin matçı oktyabrın 6-da Buenos-Ayresdə keçiriləcək.

39 yaşlı futbolçu avqustun 31-də Argentina millisində karyerasını başa vuracağını açıqlayıb. Messi yığmanın heyətində ən çox oyun keçirən (207) və ən çox qol vuran (125) futbolçudur.

O, Argentina ilə dünya çempionu, ikiqat Amerika Kubokunun qalibi və Olimpiya çempionu olub.

Messi səkkiz dəfə “Qızıl top” mükafatına sahib çıxıb. Sözügedən mükafat ilin ən yaxşı futbolçusuna təqdim olunur.

Klub karyerasını ABŞ-nin “İnter Mayami” komandasında davam etdirən Messi uzun illər İspaniyanın “Barselona” klubunun formasını geyinib və bu komanda ilə çoxsaylı yerli və beynəlxalq titullar qazanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər