Menyu

Gürcüstanda parlament Tamaz Boraşvilini təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsinə təsdiqləyib

Şəfa Hüseynli
Gürcüstanda parlament Tamaz Boraşvilini təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsinə təsdiqləyib
1 dəq oxu

Gürcüstan Parlamenti Tamaz Boraşvilinin Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Məlumata görə, səsvermədən əvvəl 97 millət vəkili qeydiyyatdan keçib, 83 millət vəkili Boraşvilini dəstəkləyib.

Qeyd edək  ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Geka Geladze sentyabrın 14-də Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən istefa verib. Baş nazir İrakli Kobaxidze Tamaz Boraşvilinin yeni rəhbər vəzifəsinə namizədliyini irəli sürüb.

Əlaqəli Xəbərlər