Dieqo Jotanın adını səsləndirən azarkeşlərə görə klub cəzalandırıldı
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının İntizam və Etika Komitəsi “Əl-Taavun” klubuna qarşı qərar qəbul edib.
Operativ Media xəbər verir ki, qərar Səudiyyə Ərəbistanı çempionatının VII turunda “Əl-Hilal”a 0:6 hesabı ilə uduzulan matç zamanı baş verən insidentlə bağlıdır.
Ev sahibi komandanın azarkeşləri görüş ərzində bir neçə dəfə vəfat etmiş portuqaliyalı futbolçu Diogo Jotanın adını səsləndiriblər. Bu addımın onun yaxın dostu və “Vulverhempton”da, eləcə də Portuqaliya millisində keçmiş komanda yoldaşı olan “Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neveşi təxribata çəkmək məqsədi daşıdığı bildirilib.
Komitənin qərarına əsasən, “Əl-Taavun” Səudiyyə Ərəbistanı çempionatında növbəti iki ev oyununu azarkeşsiz keçirəcək. Klub həmçinin təxminən 23 min avro məbləğində cərimələnib.
Azarkeşlərin hərəkətləri intizam reqlamentinin 51-2-ci maddəsinin pozulması kimi qiymətləndirilib. Cəza 39-4-cü maddəyə əsasən sərtləşdirilib.
Qərar yekundur və ondan apellyasiya şikayəti verilə bilməz.
dəqiqələr içində saytın olsun.