Menyu

QUAD ölkələri Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasına çağırıb

Operativ Media
QUAD ölkələri Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasına çağırıb
1 dəq oxu

Avstraliya, Hindistan, ABŞ və Yaponiya Hörmüz boğazı, Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gəmiçilik hüquq və azadlıqlarının qorunmasının vacibliyini vurğulayıb.

Operativ Media xəbər verir ki, bu barədə QUAD ölkələrinin Hindistan Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan birgə bəyanatında bildirilib.

Tərəflər əsas dəniz marşrutlarının təhlükəsizliyinin, fasiləsiz ticarət axınının və enerji təhlükəsizliyinin təmin edilməsinin, həmçinin gəmi və heyətlərin qorunmasının əhəmiyyətini qeyd ediblər.

Bəyanatda bu prinsiplərin beynəlxalq hüquqa, o cümlədən BMT-nin Dəniz Hüququ Konvensiyasına uyğun qorunmalı olduğu vurğulanıb.

Əlaqəli Xəbərlər