Menyu

İraqda 3,8 bal gücündə zəlzələ baş verib

Nicat Hüseynli
İraqda 3,8 bal gücündə zəlzələ baş verib
1 dəq oxu

İraqın Dəhük şəhərinin Semel rayonunda 3,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda da hiss olunub.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Silopi rayonundan təxminən 11,34 kilometr məsafədə yerləşib.

Təkanlar sakinlər arasında qısamüddətli narahatlıq yaradıb.

Əlaqəli Xəbərlər