Menyu

Şəhərətrafı qatar reyslərinin sayı artırılır

Operativ Media
Şəhərətrafı qatar reyslərinin sayı artırılır
1 dəq oxu

Sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatar reyslərinin sayı növbəti dəfə artırılır.

Operativ Media ADY-yə istinadən xəbər verir ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, sentyabrın 17-dən həftəiçi gündəlik reyslərin sayı 96-dan 100-ə çatdırılacaq.

Sumqayıt–Pirşağı–Bakı xətti üzrə saat 05:55 və 11:50-də, Bakı–Pirşağı–Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə reyslər təşkil olunacaq.

Əlaqəli Xəbərlər