Menyu

Sudanda dron hücumu nəticəsində 9 məcburi köçkün həlak olub

Nicat Hüseynli
Sudanda dron hücumu nəticəsində 9 məcburi köçkün həlak olub
1 dəq oxu

Sudanın cənub-şərqindəki Mavi Nil ştatında mülki şəxsləri daşıyan qrupa dronlarla hücum edilməsi nəticəsində 9 məcburi köçkün həlak olub, bir neçə nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Kurmuk dairəsinin komissarı Əbdül Ati Məhəmməd əl-Fakinin sözlərinə görə, hücum köçkünlər Bani Şako kəndindən Damazin şəhərinə doğru hərəkət edərkən baş verib. O, hücumda məsuliyyəti Çevik Dəstək Qüvvələrinin (RSF) üzərinə qoyub.

Əlaqəli Xəbərlər