Menyu

Ankarada axtarışda olan 181 məhkum saxlanılıb

Nicat Hüseynli
Ankarada axtarışda olan 181 məhkum saxlanılıb
1 dəq oxu

Türkiyənin paytaxtı Ankarada müxtəlif cinayətlərə görə axtarışda olan və barələrində qəti həbs qərarı çıxarılmış 181 nəfər saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Əməliyyatlar Jandarma Cinayət Axtarış Qruplarının (JASAT) koordinasiyası ilə rayon jandarma komandanlıqları tərəfindən keçirilib.

Saxlanılanlardan 2 nəfərin 20 il və daha çox, 2 nəfərin 10-20 il, 22 nəfərin 5-10 il, 67 nəfərin 2-5 il, 88 nəfərin isə 2 ildən az müddətə azadlıqdan məhrumetmə cəzası olduğu bildirilib.

Əlaqəli Xəbərlər