Azərbaycan millisinin Tacikistanla oyunu moldovalı hakimlərə tapşırıldı
Operativ Media
Azərbaycan milli komandasının sentyabrın 23-də Tacikistan yığması ilə Bakıda keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.
Operativ Media xəbər verir ki, 8-ci km qəsəbə stadionunda baş tutacaq görüşü Moldovadan olan hakimlər briqadası idarə edəcək.
Azərbaycan – Tacikistan qarşılaşmasının baş hakimi Roman Jitar olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək.
VAR hakimi Özbəkistandan Abduraşıd Xudoyberganov, AVAR isə Kamran Bayramov olacaq.
Qarşılaşma sentyabrın 23-də 8-ci km qəsəbə stadionunda saat 20:00-da başlayacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net