Menyu

Dövlət torpaqlarını qanunsuz satan vəzifəli şəxsləri gözləyən cəzalar - DETALLAR

Operativ Media
Dövlət torpaqlarını qanunsuz satan vəzifəli şəxsləri gözləyən cəzalar - DETALLAR

Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin qanunsuz olaraq bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi vəzifəli şəxslər üçün ağır cinayət məsuliyyəti yaradır.

Operativ Media xəbər verir ki, belə qanunsuz qərar qəbul edən vəzifəli şəxs 3 ildən 5 ilədək azadlıqdan məhrum edilə, eyni zamanda 3 ilədək müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilə bilər.

Əgər dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahəsinin bələdiyyə və ya xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edilərsə, cəza daha da ağırlaşır. Bu halda vəzifəli şəxs 5 ildən 8 ilədək azadlıqdan məhrum edilə və 3 ilədək müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilə bilər.

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında yerləşən torpaqlarla bağlı belə əməllər törədildikdə isə cəza ən ağır həddə çatır.

Bu halda təqsirkar şəxs 7 ildən 10 ilədək azadlıqdan məhrum edilə, həmçinin 3 ilədək müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilə bilər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər