Həlak olmuş minatəmizləyənlərin yaxınlarına təqaüd verilməsi üçün tələb olunan sənədlər - SİYAHI
Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşib.
Operativ Media xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edib.
Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- minatəmizləyənin minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmasını və ya bu zaman aldığı xəsarətdən həyatını itirməsini təsdiq edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən verilən arayış;
- minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin ölüm haqqında şəhadətnaməsinin surəti;
- minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlərin (övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə özünün doğum haqqında şəhadətnaməsinin, baba və nənələrinə münasibətdə özünün və birinci növbədən digər qohumlarının doğum haqqında və ölüm haqqında şəhadətnamələrinin, habelə vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti;
- minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin dul arvadı (əri) ilə nikahı haqqında şəhadətnamə;
- minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı;
- minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan uşaq evlərində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı.
dəqiqələr içində saytın olsun.