Menyu

Məzahir Pənahov: Azərbaycan ali təhsilli vətəndaşlar ölkəsidir

Xəbərlər redaksiyası
Məzahir Pənahov: Azərbaycan ali təhsilli vətəndaşlar ölkəsidir

Seçki Məcəlləsində dairə seçki komissiyalarının üzvlərinə ali təhsillə bağlı hər hansı tələb yoxdur. Lakin Azərbaycan ali təhsilli vətəndaşlar ölkəsidir. Buna görə də ali təhsilli namizədlərə üstünlük verilir.

Operativ Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması ilə bağlı keçirilən iclasda bildirib.

"Dairə seçki komissiyalarına dair tələblərimizi artırmalıyıq. Biz tələb edirik ki, komissiya sədrləri, katibləri və üzvləri vəzifələrinin öhdəsindən layiqincə gəlsinlər. Bizim üçün də bütün şərait yaradılıb ki, aşağı komissiyaları lazımi şəkildə hazırlayaq", - sədr qeyd edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər