Sosial şəbəkə hesablarının ələ keçirilməsi halları artır - VİDEO
Sosial şəbəkə hesablarının dələduzluq yolu ilə ələ keçirilməsi və şəxsi məlumatların şantaj məqsədilə istifadəsi halları artır.
Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, informasiya təhlükəsizliyi üzrə ekspert Talıb Ponzayevin sözlərinə görə, dələduzlar istifadəçiləri müxtəlif vədlərlə aldadaraq göndərilən kod və linklər vasitəsilə hesabları ələ keçirirlər.
Bildirilib ki, saxta linklərə daxil olan şəxslərin məlumatları əldə edilərək sonradan şantaj məqsədilə istifadə oluna bilər.
Hüquqşünas Samir Hacıyev belə halların kibercinayətkarlıq olduğunu və zərərçəkənlərin aidiyyəti qurumlara müraciət etməli olduğunu bildirib.
Mütəxəssislər tanımadıqları şəxslərə kodları verməməyi və şübhəli linklərə daxil olmamağı tövsiyə edirlər.
Ətraflı videoda:
dəqiqələr içində saytın olsun.