Menyu

Qanunsuz ov edənləri hansı cəzalar gözləyir? - Cərimələr və həbs

Xəbərlər redaksiyası
Qanunsuz ov edənləri hansı cəzalar gözləyir? - Cərimələr və həbs

Qanunsuz ov etməklə ətraf mühitə xeyli və ya külli miqdarda ziyan vuran şəxsləri ciddi cəzalar gözləyir.

Operativ Media xəbər verir ki, bununla bağlı Azərbaycan qanunvericiliyində müvafiq müddəalar nəzərdə tutulub.

Belə ki, lazımi icazə olmadan, qadağan edilmiş ərazilərdə və ya vaxtlarda, eləcə də qadağan edilmiş alət və üsullardan istifadə etməklə ov etmə nəticəsində xeyli miqdarda ziyan vurularsa, 2 000 manatdan 3 000 manatadək cərimə, 240 saatdan 320 saatadək ictimai işlər, bir ilədək islah işləri və ya bir ilədək azadlığın məhdudlaşdırılması tətbiq edilə bilər.

Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədilərsə, cəza daha da ağırlaşır. Bu halda 3 000 manatdan 6 000 manatadək cərimə, bir ilədək islah işləri, iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan digər üsullardan istifadə etməklə ov etmək, ovlanması tamamilə qadağan edilmiş quş və heyvanları ovlamaq, həmçinin qoruqlarda və ya ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət zonalarında ov etmək də ağır məsuliyyət yaradır.

Əgər bu əməllər vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə, yaxud qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilərsə, cəza 6 000 manatdan 9 000 manatadək cərimə və ya iki ildən beş ilədək azadlığın məhdudlaşdırılması, yaxud iki ildən beş ilədək azadlıqdan məhrumetmə ola bilər.

Belə hallarda şəxsin müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququ da üç ilədək müddətə məhdudlaşdırıla bilər.

Qanunvericiliyə görə, 1 000 manatdan 7 000 manatadək ziyan xeyli miqdar, 7 000 manatdan artıq ziyan isə külli miqdar hesab olunur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər