Menyu

Azərbaycan Kubokunun final matçı Gəncə şəhər stadionunda keçiriləcək

Operativ Media
Azərbaycan Kubokunun final matçı Gəncə şəhər stadionunda keçiriləcək

Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov feysbuk hesabında yazıb.

O, bu xəbərin hər kəsin ürəyincə olacağını bildirib:

"Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. Bu işdə dəstək olan gənclər və idman naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək".

Qeyd edək ki, təqvimə əsasən Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-nə planlaşdırılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər