Menyu

"Kəpəz" 15 yaşlı qapıçı ilə peşəkar müqavilə imzalayıb

Operativ Media
"Kəpəz" 15 yaşlı qapıçı ilə peşəkar müqavilə imzalayıb

“Kəpəz” PFK akademiyasının yetirməsi, böyük gələcək vəd edən 15 yaşlı Əlisahib Əliyevlə peşəkar müqavilə bağlayıb.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

O, U-19-un əsas qapıçısı olmaqla yanaşı, Əvəzedicilər Liqası və Misli Premyer Liqasında forma geyinmək hüququ qazanıb.

“Sarı-göylər”in tarixində yeniyetmə istedadla son belə müqavilə 2018-ci ildə olub. Həmin vaxt 15 yaşlı müdafiəçi Ümid Səmədov əsas komandaya cəlb edilib. Əlisahib Əliyev isə “Kəpəz” tarixində peşəkar anlaşmaya imza atan ən kiçikyaşlı qapıçı ünvanına sahib çıxıb.

Əlisahib bu tarixi müqavilə ilə bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb: “Kəpəz”lə peşəkar müqavilə bağladığıma görə çox şadam. Üzərimdə daha çox işləyib, etimadı doğrultmağa çalışacağam. Məqsədim “Kəpəz”in əsas heyətində debüt etmək və milli komandaya dəvət almaqdır. Gələcəkdə Avropanın “Top-5” çempionatlarından birində forma geyinməyi arzulayıram. Ən çox sevdiyim klub “Real Madrid”dir. Kumirim isə almaniyalı qapıçı Manuel Noyerdir. Mən də onun kimi ayaqla yaxşı oynayıram, taktiki məşqlərə üstünlük verirəm”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər