Menyu

Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

Operativ Media
Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat verib.

Məlumata görə, görüş zamanı humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti və iki ölkə arasında bu istiqamətdə mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Vüqar Süleymanov Çinə Azərbaycanın minatəmizləmə fəaliyyətinə göstərdiyi maliyyə və texniki dəstəyə görə təşəkkürünü bildirib. Səfir Çinin Azərbaycana bu sahədə göstərdiyi dəstəyin ölkələrimiz arasında humanitar əməkdaşlığın və həmrəyliyin mühüm göstəricisi olduğunu vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər