Menyu

Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı genişləndirilib

Operativ Media
Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı genişləndirilib

Kənd Təsərrüfatı Nazirliyi Kollegiyası "Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı"nda dəyişiklik edilib.

Operativ Media xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.

Qərara əsasən, yığım üzrə mexanikləşdirilmiş texnika dəstləri aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısına əlavə edilib.

Həmçinin, kombayn xederlərinin daşınması üçün nəzərdə tutulmuş xüsusi qoşqulara güzəşt tətbiq ediləcək. Ancaq, bu kombaynlar real vaxt rejimində məkan məlumatlarının izlənilməsi üçün GPS monitorinq və məhsul yığımının izlənilməsi sistemləri ilə təchiz olunmalıdır.

Bundan başqa, kənd təsərrüfatı təyinatlı quşların kəsimi və ilkin emalı xətti (tərəzi və qablaşdırma mərhələsinədək), eləcə də həcmi 500 kubmetrdən artıq olmayan kəsmə gül üçün soyuducu anbar dəstlərinə də güzəşt tətbiq ediləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər