Qanunsuz tibbi və kosmetoloji xidmət göstərənləri 8000 manatadək cərimə gözləyir
Estetik əməliyyat, plastik cərrahiyyə, kasmetoloq və digər tibbi xidmətləri müvafiq tibb təhsili və sertifikatı olmadan göstərən şəxsləri ciddi cərimələr gözləyir.
Operativ Media xəbər verir ki, ali və ya orta ixtisas tibb təhsili olmayan, yaxud sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxsin praktik tibb fəaliyyəti ilə məşğul olması cərimə ilə nəticələnir.
Eyni qayda tibb işçisinin ixtisasına uyğun olmayan tibbi xidmət göstərməsinə və tibb fəaliyyəti üçün verilmiş lisenziyada nəzərdə tutulmayan xidmətləri həyata keçirməsinə də şamil edilir.
Belə hallara görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə edilir.
Bundan başqa, tibb təhsili və ya qüvvədə olan sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800–1 000 manat, hüquqi şəxslər isə 6 000–8 000 manat məbləğində cərimələnir.
Tibb işçisinin öz vəzifəsinə vicdansız və ya laqeyd münasibəti nəticəsində peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada icra etməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurarsa, fiziki şəxslər 500–800 manat, vəzifəli şəxslər 1 000–1 500 manat, hüquqi şəxslər isə 7 000–9 000 manat cərimə edilir.
İxtisaslaşdırılmış tibbi yardıma ehtiyacı olan şəxsin belə yardım göstərən tibb müəssisəsinə göndərilməməsinə görə də məsuliyyət nəzərdə tutulur. Bu halda fiziki şəxslər 200–300 manat, vəzifəli şəxslər isə 500–800 manat cərimə edilə bilər.
İxtisaslaşdırılmış tibbi yardımın qanunvericilikdə müəyyən edilmiş qaydada göstərilməməsinə görə isə 500 manat cərimə tətbiq olunur.
dəqiqələr içində saytın olsun.