Menyu

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Operativ Media
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Qərbi Azərbaycan İcmasının (QAİ) rəhbərliyi və üzvləri 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət ediblər.

QAİ-dən Operativ Media-ya bildirilib ki, ziyarətdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfov, İcmada təmsil olunan digər Milli Məclis üzvləri, ziyalılar və rayon icmalarının üzvləri iştirak ediblər.

Ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər