Menyu

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

Operativ Media
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27 Sentyabr – Anım Günündə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar.

Operativ Media xəbər verir ki, dövlət və hökumət rəsmiləri Zəfər abidəsinin önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsinin başladığı gün - 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünyada yaşayan azərbaycanlılar Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla anırlar.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər