Kamran Əliyev və prokurorluq əməkdaşları Zəfər abidəsini ziyarət ediblər
Operativ Media
Baş prokuror Kamran Əliyev, müavinləri və prokurorluğun rəhbər şəxsləri Zəfər abidəsini ziyarət ediblər.
Operativ Media xəbər verir ki, prokurorluq əməkdaşları xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini anıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net