Gələn ilin yanvarında 7 min manatək yeni cərimələr qüvvəyə minəcək
Kraudfandinq platformalarının operatorları qanunvericiliyin tələblərini pozduqda vəzifəli şəxslər və hüquqi şəxslər 7 min manatadək cərimə edilə bilərlər.
Operativ Media xəbər verir ki, kraudfandinq platforması operatorunun açıqlamalı və ya dərc etməli olduğu məlumatları açıqlamaması və ya dərc etməməsi vəzifəli şəxslər üçün 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər üçün isə 3 000 manatdan 4 000 manatadək cərimə ilə nəticələnə bilər.
Operatorun fəaliyyəti barədə hesabatları Mərkəzi Banka təqdim etməkdən yayınması və ya imtina etməsi, təhrif olunmuş məlumat təqdim etməsi və ya hesabatların təqdim edilmə müddətini pozması halında vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 3 000 manatadək cərimə edilə bilər.
Platformanın idarə edilməsi ilə bağlı saxlanılmalı məlumat və sənədlərin saxlanılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüquqi şəxslər isə 1 000 manatdan 1 500 manatadək cərimə oluna bilərlər.
Kraudfandinq sahəsində pul vəsaitlərinin idarə olunması qaydalarının pozulması daha yüksək cərimə nəzərdə tutur. Bu halda vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 7 000 manatadək cərimə edilə bilər.
Kraudfandinq kampaniyasının keçirilməsi qaydalarının operator tərəfindən pozulmasına görə isə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək cərimə ilə üzləşə bilərlər.
Qeyd edək ki, bu məsuliyyət tədbirlərini nəzərdə tutan dəyişikliklər 24 yanvar 2027-ci ildən qüvvəyə minəcək.
dəqiqələr içində saytın olsun.