Menyu

APA-ya üzv dövlətlər Şərqi Zəngəzur və Qarabağdakı yenidənqurma işləri ilə bağlı məlumatlandırılıb

Operativ Media
APA-ya üzv dövlətlər Şərqi Zəngəzur və Qarabağdakı yenidənqurma işləri ilə bağlı məlumatlandırılıb

“Sülhün dayanıqlı olması üçün barışıq və etimadın möhkəmləndirilməsi, postmünaqişə ərazilərinin yenidən qurulması, humanitar minatəmizləmə, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışı və reinteqrasiyası, regional bağlantıların inkişafı və dayanıqlı iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradılması mühüm əhəmiyyət daşıyır”.

Operativ Media xəbər verir ki, bunu Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) Sosial və Mədəni Məsələlər üzrə Daimi Komitəsinin iclasında təşkilatda Azərbaycanı təmsil edən Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

Azərbaycanın postmünaqişə təcrübəsinə toxunan deputat bildirib ki, Ermənistanın uzunmüddətli işğalı Azərbaycanın tarixi, dini və mədəni irsinə ciddi ziyan vurub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma, dini və mədəni irsin dirçəldilməsi, eləcə də humanitar minatəmizləmə işləri həyata keçirilir.

Rizvan Nəbiyev Azərbaycanın sülh gündəliyinə diqqət çəkərək bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra Ermənistanla sülh prosesinin təşəbbüskarı kimi çıxış edib.

Deputat 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Sazişin mətninin paraflanmasını sülh prosesində mühüm mərhələ kimi qeyd edib.

Rizvan Nəbiyev vurğulayıb ki, sülh prosesi yalnız siyasi razılaşmalarla məhdudlaşmamalı, konkret “sülh dividendləri” ilə müşayiət olunmalıdır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər