Menyu

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Operativ Media
Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

27 Sentyabr - Anım Günündə Xocalı şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Operativ Media-ya verilən məlumata görə, Anım Günü ilə əlaqədar Xidmətin və Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Şəhidlər xiyabanına gələrək, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub.

Qeyd olunub ki, Azərbaycan xalqı Vətən müharibəsində və digər döyüşlərdə şəhid olan qəhrəman övladlarının xatirəsini daim uca tutur. Şəhidlərin göstərdiyi qəhrəmanlıq və fədakarlıq Azərbaycanın tarixinə əbədi həkk olunub. Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla anılacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər