Menyu

AAYDA: 40,9 kilometrlik Sabirabad avtomobil yolu yenidən qurulur

Operativ Media
AAYDA: 40,9 kilometrlik Sabirabad avtomobil yolu yenidən qurulur
1 dəq oxu

Sabirabad rayonunda Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun 10-cu kilometrindən başlanğıcını götürən Sabirabad avtomobil yolunda əsaslı təmir işləri davam etdirilir.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ümumi uzunluğu 40,9 km olan avtomobil yolunun əsaslı təmiri çərçivəsində yol yatağının və əsasının yenidən qurulması, yeni asfalt-beton örtüyünün salınması, suötürücü qurğuların quraşdırılması və digər zəruri tikinti işləri həyata keçirilir.

İndiyədək yolun 10–20,2-ci və 37,6–40,9-cu kilometr hissələrində, ümumilikdə 13,5 km uzunluğunda sahədə torpaq işləri, yol əsasının alt və üst laylarının, həmçinin asfalt-beton örtüyünün alt layının tikintisi başa çatdırılıb.

Hazırda sözügedən hissələrdə asfalt-beton örtüyünün üst layının salınması üçün hazırlıq işləri görülür. Layihə çərçivəsində yolun müxtəlif hissələrində ümumi uzunluğu 138 metr olan suötürücü borular da quraşdırılıb.

Avtomobil yolunda əsaslı təmir işləri layihə üzrə nəzərdə tutulmuş ardıcıllığa uyğun olaraq davam etdirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər