Menyu

Mahir Emreli: Balacadan böyüyə qədər hər kəsdən üzr istəyirik

Əziz Əzizli
Mahir Emreli: Balacadan böyüyə qədər hər kəsdən üzr istəyirik
1 dəq oxu

“Düşünürəm ki, hazırda mental olaraq komandamız yaxşı durumda deyil. Bu oyundan sonra tez bir zamanda toparlanmalı və növbəti qarşılaşmaya hazırlaşmalıyıq”.

Bunu Operativ Media-ya açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

Emreli evdə Lixtenşteynlə 0:0 hesablı heç-heçə etdikləri oyunu belə dəyərləndirib:

“İlk hissədə daha çox qısa və divar ötürmələri ilə rəqibin müdafiəsini yararaq cərimə meydançasına daxil olmağa çalışırdıq. Bilirdik ki, rəqib müdafiəyə çəkiləcək. Fasilədə Ayxan müəllim bizdən topu daha çox cərimə meydançasına qaldırmağı və zərbələrdən istifadə etməyi tələb etdi. Çalışırdıq ki, paslarla, divar ötürmələri ilə rəqibin müdafiəsini yararaq qol vəziyyətləri yaradaq. Ayxan müəllim də bildirdi ki, cərimə meydançası ətrafında epizodlar yarananda zərbələrdən istifadə edək. Çünki zərbə endirməklə də qol vurmaq mümkündür”.

Millinin üzvü 0:0 hesablı heç-heçəyə görə azarkeşlərdən üzr istəyib:

“Balacadan böyüyə qədər hər kəsdən bu nəticəyə görə üzr istəyirik. Bu nəticəni biz əldə etmişik və bütün milli komanda – futbolçular, məşqçilər, hər kəs bunun məsuliyyətini dərk edir. Bunu düzəltmək də öz əlimizdədir. Üç gündən sonra növbəti oyunda qalib gəlməliyik ki, həm özümüzə, həm də xalqımıza inamı yenidən qaytaraq və bu qrupdan çıxmaq şansımızı qoruyub saxlayaq”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər