Sosial şəbəkələrdən gəlir əldə edənlər üçün vergi qaydaları necə işləyir?
Sosial şəbəkələrdən reklam, satış, xidmət və digər fəaliyyətlər vasitəsilə gəlir əldə edən şəxslərin vergi öhdəliyinin yaranıb-yaranmaması ilə bağlı müxtəlif suallar ortaya çıxır. Bəs sosial şəbəkə üzərindən gəlir əldə edən şəxslər hansı hallarda vergi ödəməlidir və onların vergi öhdəliyi necə müəyyənləşdirilir?
Mövzu ilə bağlı Operativ Media-ya bank məsələləri üzrə ekspert Əkrəm Həsənov danışıb.

O bildirib ki, sosial şəbəkədən əldə olunan gəlirin vergidən azad olması ilə bağlı ayrıca qayda yoxdur:
“Hər bir şəxs əldə etdiyi gəlirdən vergi ödəməlidir. Hər bir vətəndaş 2 500 manata qədər olan gəlirindən 10 faiz vergi verir. Həmin məbləğdən yuxarı olan gəlirə görə isə 25 faiz gəlir vergisi ödəyir. Bu, ümumi qaydadır.
Əgər şəxs sosial şəbəkədə sahibkar kimi qeydiyyatdan keçməyibsə, yəni sosial şəbəkədəki fəaliyyətini sahibkarlıq fəaliyyəti kimi rəsmiləşdirməyibsə, bu qayda tətbiq olunur. Əgər sahibkardırsa, artıq onun sahibkarlıq statusuna uyğun olaraq sadələşdirilmiş vergi və ya mənfəət vergisi ödəyicisi olur. Yəni əldə etdiyi gəlirə uyğun olaraq müvafiq vergini ödəyir”.
dəqiqələr içində saytın olsun.