Menyu

Şuşada Azərbaycan-Gürcüstan müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Operativ Media
Şuşada Azərbaycan-Gürcüstan müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
1 dəq oxu

Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşündə iştirak etmək məqsədilə Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani ölkəmizdə rəsmi səfərdədir.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Oktyabrın 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində gürcüstanlı həmkarı ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədəki əməkdaşlığın regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verdiyi xüsusi vurğulanıb.

Qeyd olunub ki, iki ölkə arasında mütəmadi olaraq keçirilən müxtəlif formatlı görüşlər və səfərlər bütün istiqamətlərdə olduğu kimi, müdafiə sahəsində də ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olmasının bariz göstəricisidir.

Görüşün sonunda hərbi əməkdaşlığın perspektivləri, birgə təlimlərin intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər