Menyu

Ayxan Hüseynov: Son oyunlarda istədiyimiz nəticəni qazana bilmirik

Əziz Əzizli
Ayxan Hüseynov: Son oyunlarda istədiyimiz nəticəni qazana bilmirik
1 dəq oxu

“Əvvəldən qələbəyə inanırdıq. Qol epizodlarımızdan, xüsusilə də matçın 6-7-ci dəqiqələrində yaratdığımız imkanlardan yararlana bilsəydik, oyunun taleyi tamamilə fərqli ola bilərdi. Həmin şansları dəyərləndirsəydik, bu gün burada tamamilə fərqli əhval-ruhiyyədə danışardıq. Amma təəssüf ki, bunu reallaşdıra bilmədik. İnşallah, Litva ilə qarşılaşmada səhvlərimizi düzəldərək istədiyimiz nəticəni əldə edəcəyik”.

Bunu Operativ Media-ya açıqlamasında Ayxan Hüseynov deyib.

Hüseynov komandanı dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edib: “Komandamızı dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirik. Ölkəmizi sevindirmək istəyirdik, amma alınmadı. Təəssüf ki, son oyunlarda istədiyimiz nəticəni qazana bilmirik. Ancaq futbol elə bir idman növüdür ki, keçmişi geridə qoyaraq bütün diqqəti qarşıdakı oyuna yönəltməliyik”.

O, artıq qarşıdakı matça köklənməli olduqlarını vurğulayıb: “Növbəti matçda qələbə qazanmaq üçün yalnız pozitiv köklənməliyik. Hər zaman ölkəmizi və azarkeşlərimizi düşünürük, onları sevindirmək bizim üçün əsas hədəfdir. Bu dəfə alınmadı, amma inşallah, qarşıdakı üç gündə səylə çalışıb azarkeşlərimizi qələbə ilə sevindirəcəyik”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər