Menyu

Azərbaycan - Litva oyunu portuqaliyalı hakimlərə tapşırılıb

Operativ Media
Azərbaycan - Litva oyunu portuqaliyalı hakimlərə tapşırılıb
1 dəq oxu

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Litva oyununun hakimləri müəyyənləşib.

Operativ Media-nın məlumatına görə, D Liqasının 2-ci qrupunun matçı Portuqaliyadan olan ədalət təmsilçilərinə tapşırılıb.

FIFA referis Qustavo Korreyaya həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza kömək göstərəcək. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.

VAR-da Bruno Esteves, AVAR-da Ana Klaudiya Silva Ribeyro əyləşəcək.

Xatırladaq ki, Azərbaycan - Litva oyunu oktyabrın 4-də saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər