Menyu

Sosial şəbəkələrdə hansı paylaşımlar cinayət məsuliyyətinə səbəb ola bilər?

Ayşən Sadıxzadə
Sosial şəbəkələrdə hansı paylaşımlar cinayət məsuliyyətinə səbəb ola bilər?
2 dəq oxu

Sosial şəbəkələrdə edilən paylaşımlar hər zaman yalnız ifadə azadlığı çərçivəsində qiymətləndirilmir. Başqasının şəxsi və ailə həyatına dair məlumatların icazəsiz yayılması, şərəf və ləyaqətin alçaldılması, böhtan və təhqir xarakterli ifadələrin paylaşılması müəyyən hallarda hüquqi, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər.

Mövzu ilə bağlı Operativ Media-ya “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi məlumatların yayılması cinayət məsuliyyətinə səbəb ola bilər. Şəxsi məlumatların yayılması fərdi məlumatların media, habelə informasiya sistemləri vasitəsilə açıqlanması və ya fərdi məlumatlarla digər şəxslərin hər hansı başqa üsulla tanış olmasıdır:

“Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və fotoçəkiliş materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Həmin cinayət işləri üzrə istintaq prokurorluq orqanları tərəfindən aparılır. Bu halda zərərçəkmiş şəxs və ya onun nümayəndəsi prokurorluq orqanına müraciət edə bilər.

Şəxsi məlumatların yayılması şəxsin şərəf və ləyaqətinin alçalmasına, habelə işgüzar nüfuzuna xələl gəlməsinə səbəb olubsa, şəxs ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bunun üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır. Habelə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxs mülki iddia qaldıraraq ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılıbsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilibsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə görə, hər kəsin fikir və söz azadlığı vardır. Lakin fikir və söz azadlığından sui-istifadə edilərək insanların təhqir edilməsi və onlara böhtan atılması müəyyən hallarda cinayət məsuliyyətinə səbəb ola bilər.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtana, 148-ci maddəsi isə təhqirə görə məsuliyyəti nəzərdə tutur.

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə, kütləvi informasiya vasitəsində başqasının şərəf və ləyaqətinin alçaldılmasına, şayiələrin, yalan və qərəzli yazıların dərc olunmasına yol verilmir.

Həmin Qanunun 44-cü maddəsinə əsasən, kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək və ya birbaşa məhkəməyə müraciət etmək hüququ vardır”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər