Elvin Bədəlov: Rəqibin meydançada sevinməyi mənə xoş olmadı
"Üzgünük. Artıq bütün komandalar futbol oynaya bilir".
Operativ Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov deyib.
31 yaşlı müdafiəçi Bakıda Lixtenşteynlə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunu barədə danışıb:
"Məyusuq. Qələbə qazanmaq istəyirdik. Şanslarımız oldu, amma qol vura bilmədik. Eyni sözləri deyəcəyik. Siz də hər şeyi gördünüz".
Bədəlov qol imkanlarından yararlana bilməmələrinə də toxunub:
"Ən usta futbolçumuz Mahir Emreli qol vura bilmirsə və alınmırsa, deməli, qələbə qazana bilməyəcəyik. Hər şeyi Mahirdən də gözləyə bilmərik. Başqa oyunçular da var".
Milli üzvü ardıcıl uğursuz nəticələrin komanda yoldaşlarına da təsir etdiyini bildirib:
"Toparlanacağıq, futbolçularla birlikdə danışacağıq. Özümüz bu vəziyyətə düşmüşük. Bu durumdan çıxacağıq".
Müdafiəçi nəticəyə görə azarkeşlərdən üzr istəyib:
"Danışılası çox şey yoxdur. Rəqibin sevinməyini gördüm. Uşaqlara dedim ki, meydandan çıxsınlar. Mənə də xoş olmadı. Biz də hansısa güclü rəqiblərə qarşı xal qazananda sevinirik".
Bədəlov Azərbaycan millisinin D Liqasına layiq olmadığını vurğulayıb:
"İnanıram ki, növbəti iki görüşdə bunu göstərəcəyik".
dəqiqələr içində saytın olsun.