Menyu

50 min manatlıq yeni hədd: Elektron pul köçürmələri üçün Maliyyə Monitorinqi qaydaları dəyişir - YENİLƏNİB

Xəbərlər redaksiyası
50 min manatlıq yeni hədd: Elektron pul köçürmələri üçün Maliyyə Monitorinqi qaydaları dəyişir - YENİLƏNİB
1 dəq oxu

Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron pul köçürmələrinin minimum məbləği yeni qaydada hesablanacaq.

Operativ Media xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə yeni qərar imzalayıb.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna əsasən, maliyyə institutlarının Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin həddi bir əməliyyat üzrə 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı məbləğ, bu məbləğ nəzərə alınmaqla fiziki şəxslərə (sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər istisna olmaqla) münasibətdə bir təqvim ayı üzrə ümumilikdə 50 min manat və ya ona ekvivalent xarici valyuta məbləğindən artıq məbləğdə müştəri tərəfindən həmin təqvim ayı ərzində aparılan hər növbəti maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatının məbləği müəyyən ediləcək.

Yeni qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

***

10:19

Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir.

Operativ Media xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzalanan qərara əsasən, maliyyə qurumlarının elektron pul transferləri barədə quruma məlumat ötürmə qaydasında dəyişiklik edilib.

"Çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə karşı mübarizə haqqında" qanunvericiliyə uyğun olaraq, müəyyən edilmiş limitdən yuxarı əməliyyatların sənədləri MMX-yə təqdim olunmalıdır.

Əsas yenilik nədir?

Göstərici məbləğ dəyişməyərək 20 000 manat (və ya xarici valyutada onun qarşılığı) səviyyəsində qalsa da, hesablanma prinsipi fərqlənəcək. Artıq bu limit bir təqvim ili çərçivəsində tətbiq ediləcək və müştərinin il ərzində edəcəyi hər bir növbəti elektron köçürmə əməliyyatına şamil olunacaq.

Hüquqi şəxslərin benefisiarları ilə bağlı tələb:

Monitorinqə cavabdeh qurumlar mövcud hüquqi şəxs olan müştərilərinin son benefisiar mülkiyyətçiləri barədə məlumatları 2027-ci il dekabrın 31-dək Xidmətə göndərməlidirlər.

Yeni qaydalar oktyabrın 1-dən etibarən hüquqi qüvvəyə minir.

Əlaqəli Xəbərlər