Menyu

Abdulla Xaybullayev: Matçın nəticəsi heç-heçəyə layiq deyildi

Əziz Əzizli
Abdulla Xaybullayev: Matçın nəticəsi heç-heçəyə layiq deyildi
1 dəq oxu

"Oyun olduqca gərgin keçdi. Fikrimcə, matçın nəticəsi heç-heçəyə layiq deyildi. Heyf ki, matçın əvvəlində yaratdığımız epizodlardan yararlana bilmədik. Erkən qol vurub oyunu açmaq, hətta hesabdakı üstünlüyü artırmaq imkanımız var idi, lakin şanslarımızdan istifadə edə bilmədik".

Bunu Operativ Media-ya açıqlamasında Abdulla Xaybullayev deyib.

Futbolçu Lixtenşteynlə keçirilən və 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra komandanın psixoloji vəziyyətindən də danışıb:

"Bu cür matçdan sonra özünə gəlmək və növbəti oyuna köklənmək həqiqətən çətindir. Amma nə olursa-olsun, bunu etməliyik, çünki başqa çıxış yolumuz və şansımız yoxdur. Əgər qarşıdakı oyunda qalib gəlməsək, heç bir şansımız qalmayacaq. Məhz buna görə də meydanda hər şeyimizi ortaya qoymalıyıq".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər