Anri: Ronaldonun futbol ümün etdikləri inanılmazdır
Fransanın sabiq hücumçusu Tyerri Anri Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun komandadan ayrılması ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib.
Operativ Media xəbər verir ki, Anrinin sözlərini “RMC Sport” yayıb.
Qeyd edək ki, Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş daha əvvəl Ronaldoya Millətlər Liqasında Norveçlə matçda (2:1) meydana çıxacağına söz verdiyini, lakin sonradan planını dəyişdiyini açıqlayıb.
Sentyabrın 30-da Jezuş 41 yaşlı hücumçunun Danimarkaya qarşı oyunda (4:2) iştirak etməyəcəyini bildirib. Bundan sonra Ronaldo milli komandanın düşərgəsini tərk etmək qərarına gəldiyini açıqlayıb və ayrılmasının səbəbləri barədə vaxtı çatanda həqiqəti danışacağını deyib.
Jezuş və Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa Kopenhagen hava limanında futbolçunu qərarından daşındırmağa çalışsalar da, Ronaldo bundan imtina edib.
Anri bildirib ki, Ronaldo ilə Jezuş arasındakı görüşdə iştirak etməyib və yaranmış məsələnin tərəflərin öz işi olduğunu düşünür.
“Bu vəziyyətə görə onun bütün karyerasını qiymətləndirmək olmaz. Ronaldo haqqında düşünəndə bu hadisəni ümumiyyətlə xatırlamayacağam. O, əfsanədir. Futbola verdikləri inanılmazdır. Biz onun dünya çempionatındakı səylərini dəfələrlə qeyd etmişik. Çox güman ki, bu, onun son turniri olacaq. Əgər hər şey belə başa çatsa...”, – deyə Anri bildirib.
Fransalı sabiq futbolçu Ronaldonun xarakterini, futbola bağlılığını, rekordlara və ən yaxşı olmaq istəyinə olan münasibətini xüsusi vurğulayıb.
“Onunla bağlı xoşuma gələn əsas məqam xarakteri, futbolla yaşaması və nəfəs almasıdır. Onun fiziki forması da karyerasının əvvəlindən daha yaxşıdır. Bu, inanılmazdır. Bu bağlılıq olmasaydı, biz bu futbolçunu tanımazdıq. Onunla birlikdə möhtəşəm anlar yaşamışıq. Ronaldoya, eləcə də Messiyə və zirvədə qalmağı bacaran bütün futbolçulara böyük hörmətim var”, – Anri əlavə edib.
dəqiqələr içində saytın olsun.