Menyu

Türkiyədə gün ərzində 5 zəlzələ baş verib - YENİLƏNİB 4

Əsəd Abbaslı
Türkiyədə gün ərzində 5 zəlzələ baş verib - YENİLƏNİB 4
2 dəq oxu

Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, zəlzələ yerli vaxtla saat 20:28-də, 7 kilometr dərinlikdə baş verib. 

Epi­mərkəzin koordinatları 37.76383° şimal enliyi, 36.09383° şərq uzunluğudur.

20:08

Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 4,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 19:00:24-də, 7 kilometr dərinlikdə baş verib.

Qeyd edək ki, bu gün Saimbeyli və ətrafında bir sıra zəlzələlər qeydə alınıb.

16:13

Türkiyənin Adana və Osmaniye vilayətlərində bir neçə saat ərzində üç zəlzələ qeydə alınıb. İlkin məlumata görə, dağıntı və ya digər mənfi hal aşkarlanmayıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb.

Nazirin sözlərinə görə, Adananın Saimbeyli rayonunda saat 14:19-da 4,8, saat 14:36-da isə 4,9 maqnitudalı zəlzələlər baş verib. Osmaniyenin Sumbas rayonunda isə saat 14:43-də 5,2 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.

Zəlzələlərdən dərhal sonra AFAD və aidiyyəti qurumların əməkdaşları ərazilərdə araşdırmalara başlayıblar.

Nazir hazırda hər hansı mənfi halın qeydə alınmadığını, ərazilərdə yoxlamaların davam etdiyini bildirib.

O, zəlzələdən təsirlənən vətəndaşlara keçmiş olsun diləklərini çatdırıb.

15:51

Türkiyənin Osmaniyə vilayətinin Sumbas rayonunda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, Türkiyə vaxtı ilə saat 14:43-də baş verən yeraltı təkanın ocağı 7 kilometr dərinlikdə yerləşib. 

Zəlzələnin episentri 37,74167° şimal enliyi və 36,10083° şərq uzunluğunda olub.

15:46

Türkiyənin Adana vilayətinin Saimbəyli rayonunda yarım saat ərzində ikinci zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, zəlzələnin maqnitudası 4,9 bal gücündə olub.

Yeraltı təkan Türkiyə vaxtı ilə saat 14:36-da, 8,67 kilometr dərinlikdə baş verib. 

Zəlzələnin episentri 37,76067° şimal enliyi və 36,105° şərq uzunluğunda yerləşib.

15:38

Türkiyənin Adana vilayətinin Saimbəyli rayonunda 4,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, Türkiyə vaxtı ilə saat 14:19-da baş verən yeraltı təkanın ocağı 7,99 kilometr dərinlikdə yerləşib. 

Zəlzələnin episentri 37,74867° şimal enliyi və 36,091° şərq uzunluğunda olub.

Əlaqəli Xəbərlər