Menyu

Emoməli Rəhmon: Tacikistan Azərbaycanın Məşvərət görüşündəki sədrliyini tam dəstəkləyəcək

Operativ Media
Emoməli Rəhmon: Tacikistan Azərbaycanın Məşvərət görüşündəki sədrliyini tam dəstəkləyəcək
1 dəq oxu

Tacikistan Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət başçılarının Məşvərət görüşündə Azərbaycanın sədrliyini tam dəstəkləyəcək.

Operativ Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü zamanı deyib.

O vurğulayıb: “Tacikistan Azərbaycanın konstruktiv təşəbbüslərini dəstəkləməyə və əldə edilən razılaşmaların praktiki həyata keçirilməsinə kömək etməyə hazırdır. Əminəm ki, qarşılıqlı etimad və mehriban qonşuluq ortaq məqsədlərə doğru ardıcıl şəkildə irəliləməyə davam etməyimizə imkan verəcək. Azərbaycanı sədrliyi münasibətilə təbrik edirəm və biz onu hər cür dəstəkləyəcəyik”.

Emoməli Rəhmon, həmçinin kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin, məlumat və praktik təcrübə mübadiləsinin genişləndirilməsinin və mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıb.

Mədəni və humanitar əməkdaşlıqdan danışan Tacikistan Prezidenti ədəbi, tarixi və mədəni əsərlərin tərcüməsi üzrə işlərin davam etdirildiyini qeyd edib.

Emoməli Rəhmon iqlim dəyişmələri, buzlaqların əriməsi, səhralaşma ilə mübarizə, biomüxtəlifliyin qorunması və milli parkların inkişaf etdirilməsi üçün birgə səylərin vacibliyini vurğulayaraq ətraf mühit gündəliyinə xüsusi diqqət yetirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər