Menyu

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Əziz Əzizli
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Bu barədə “Operativ Media"ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;

5. Heydər Əliyev prospekti kənar yol, "Koroğlu" metro stansiyası istiqamətində;

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Teqlər:

"Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb"

Əlaqəli Xəbərlər