Menyu

"Zirə"nin "Torpedo" ilə oyunlarının hakim təyinatları açıqlanıb

Operativ Media
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakim təyinatları açıqlanıb

Komandamızın UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində evdə və səfərdə “Torpedo”ya (Gürcüstan) qarşı keçirəcəyimiz oyunlara hakim təyinatları açıqlanıb. 

Operativ Media xəbər verir ki, iyulun 8-də Sumqayıtda baş tutacaq “Zirə” - “Torpedo”oyununu finlandiyalı hakimlər briqadası idarə edəcək. 

Baş hakim Yani Hüytiya yan xətt hakimləri Veli-Matti Leppenen və Yusso Mantere köməklik edəcək. Dördüncü hakim isə Peyman Simani olacaq.

16 iyul tarixində səfərdə keçiriləcək görüşdə isə oyunu macarıstanlı hakimlər briqadası idarə edəcək. Baş hakim Mihali Kapray yan xətt hakimləri İstvan Albert və Bense Belitsa köməklik edəcək. Dördüncü hakim isə Marsel Derdak olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər