Menyu

Bakı sakininə qarşı quldurluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Bakı sakininə qarşı quldurluq edən şəxs saxlanılıb

Aprelin 18-də saat 1 radələrində Yasamal rayonu ərazisində 3 nəfərin Bakı şəhər sakini T.Məmmədova bıçaqla xəsarət yetirərək mobil telefonunu quldurluq  yolu ilə talanmaları barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq  əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Mirzə Hüseynov, Fərid Elayev və Əli İbrahimzadə müəyyən olunaraq saxlanılıblar. M.Hüseynovun borclu şəxs qismində axtarışda olması da müəyyən olunub.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Teqlər:

"Bakı sakininə qarşı quldurluq edən şəxs saxlanılıb"

Əlaqəli Xəbərlər