Bakıda avtomobildən azyaşlıların telefon və planşeti soyğunçuluq yolu ilə talanıb
Nərmin Qocamanlı
Nəsimi rayonunda avtomobildən azyaşlıların telefon və planşeti soyğunçuluq yolu ilə talanıb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində bir qadının “Dodge” markalı avtomobilində 2 azyaşlı nəvəsinin 2 ədəd telefon və 2 ədəd planşetlərini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Laçın rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Hikmət Şahverdiyev saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma