Sumqayıt sakininin bank hesabından oğurluq edən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 5-də Sumqayıt şəhər sakini olan bir nəfərin bank hesabından 2890 manatını oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini Sübhan Abbasov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Teqlər:
"Sumqayıt sakininin bank hesabından oğurluq edilib"