Menyu

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü inzibati qaydada həbs olunub

Nərmin Qocamanlı
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü inzibati qaydada həbs olunub

Aprelin 18-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Cavid Əliyevin avtomobili sənədsiz və narkotik vasitələrin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilib. 

Sabunçu rayon məhkəməsinin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər