http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanda hər kəs sudan danışacaq!

19 Aprel 2023 , 15:24
Azərbaycanda hər kəs sudan danışacaq!

Məhz “Gələcək üçün su” şüarı ilə 30 may 2023-cü ildə ölkəmizin aparıcı su mühəndisləri, mütəxəssisləri və dövlət rəsmiləri “Baku Marriott Hotel Boulevard”da toplaşacaqlar. Bu tarixdə Azərbaycanda hər kəs sudan danışacaq. 

"Operativ Media" xəbər verir ki, tədbir “Aqualink” MMC-nin təşəbbüsü, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, “AO Smith Inc.”, “Nijhuis Saur Industries”, “ARC Water Technologies” şirkətlərinin baş sponsorluğu və Azərsu ASC-nin sponsorluğu ilə təşkil ediləcəkdir.  Forum hazırda ölkəmiz və regionumuz üçün əhəmiyyətli olan “Su ehtiyyatlarının idarəedilməsi”, “Tullantı su sistemləri, təkrar emal və ətraf mühitə təsirləri”, su sistemlərinin idarəedilməsində “İnnovasiya və səmərəli həllər” mövzularına həsr edilmiş 3 paneldən ibarət olacaqdır. Hər panel yerli mütəxəssislər, rəsmi nümayəndələr və beynəlxalq ekspertlərin fikir mübadiləsi, təqdimatları və təcrübə paylaşımları ilə zəngin olacaqdır.

Forumda yerli layihələr, gələcək perspektivlər və beynəlxalq təcrübələr paylaşılacaq, dünyanın sahə üzrə aparıcı şirkətlərinin qabaqcıl texnoloji yenilikləri təqdim ediləcəkdir.

Tədbirdə dünyanın 12 ölkəsindən (Türkiyə, Ukraina, Almaniya, Niderland Krallığı, İtaliya, Yaponiya, İsrail, Danimarka Krallığı, Fransa, ABŞ, Rusiya və s.) 50-dən çox beynəlxalq mütəxəssislərin, 500 yerli şirkət və dövlət nümayəndələrinin forumda iştirakı regionda mövcud su çatışmazlıqları fonunda xarici investorların maraqlarının, eləcə də ölkəmizdə su ehtiyyatlarının idarəedilməsinə verilən diqqətin bariz nümunəsidir. 

Dünyanın aparıcı su texnologiya firmalarından “BWT”, “Evoqua”, “SAUR”, “Nijhuis”, “Unidro”, “PWNT”, “AO Smith”, “ULTRAQUA”, “Atlantium Technologies”, “Hydranautics” bu tədbirə qatılaraq yerli partnyorlarla təcrübə və əməkdaşlıq imkanlarını dəyərləndirəcəklər.
Tədbirə siz də qatılın, gələcək üçün suyumuzu birlikdə qoruyaq!

Xəzər Su İnnovasiya Forumuna iştirak etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (https://wif.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/profile.php?id=100082562530028
İnstaqram: https://www.instagram.com/waterinnovationforumbaku/
Linkedln: https://www.linkedin.com/company/wif-baku/ 

OXŞAR XƏBƏRLƏR
Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

Sabah dağlıq ərazilərə qar yağacaq

Sabah dağlıq ərazilərə qar yağacaq

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu