Menyu

Pərakəndə elektron ticarət dövriyyəsi 3,6 faiz artıb

Operativ Media
Pərakəndə elektron ticarət dövriyyəsi 3,6 faiz artıb
1 dəq oxu

Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 185,5 milyon manat təşkil edib.

Operativ Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 3,6 faiz çoxdur.

Hesabat dövründə ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 50,8 milyard manat olub ki, onun da 0,37 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb.

Əlaqəli Xəbərlər