Menyu

Quru təmizləmədə zərəri kim ödəyir? - VİDEO

Nicat Hüseynli
Quru təmizləmədə zərəri kim ödəyir? - VİDEO
1 dəq oxu

Quru təmizləmə xidmətlərinin qiymətləri geyimin növünə və materialına görə dəyişir. Müştərilər isə yüksək ödənişə baxmayaraq, geyimlərinin zədələnməsi riskindən narahatdırlar.

Operativ Media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bəzi sakinlər qiymətlərin yüksəkliyindən və müəssisələrin zədələnməyə görə zəmanət verməməsindən şikayətlənirlər.

Vəkil Ramiz Süleymanov bildirib ki, geyim təmizləmə zamanı zədələnərsə, müştəri müəssisəyə müraciət edərək dəymiş zərərin ödənilməsini tələb edə bilər. Ödəniş edilmədikdə isə məhkəməyə müraciət etmək mümkündür.

Mütəxəssislər geyimi təhvil verərkən vəziyyətini yoxlamağı, qəbzi və alış sənədlərini saxlamağı tövsiyə edirlər.

Ətraflı videoda:

Əlaqəli Xəbərlər