Menyu

Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər

Operativ Media
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
1 dəq oxu

Azərbaycanın yeniyetmə taekvondoçuları Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçiriblər.

Operativ Media xəbər verir ki, oktyabrın 12-dən 17-dək baş tutan hazırlıq prosesi yeniyetmələrdən milli komandanın baş məşqçisi İlkin Şahbazov və böyük məşqçi Ziya Qasımovun rəhbərliyi altında baş tutub.

Sentyabr ayında reallaşan ölkə birinciliyindən sonra milli komandanın üzvlərinə baxış keçirilib. Təlim-məşq toplanışı qarşıdakı Avropa birinciliyinə hazırlığın ilk mərhələsini təşkil edib.

Əlaqəli Xəbərlər