Menyu

Fransada aksiyalar zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Operativ Media
Fransada aksiyalar zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb
1 dəq oxu

Fransada baş verən iğtişaşlar zamanı 150 polis və jandarma əməkdaşı yaralanıb.

Operativ Media xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, bu barədə ölkənin Baş naziri Sebastyan Lekornu bildirib.

Baş nazirin sözlərinə görə, nümayişlər gedişində təxminən 1200 nəfər saxlanılıb.

Fransa Prezidenti Emmanuel Makron iğtişaş və qarət hallarda iştirak edənlərin qanun qarşısında cavab verəcəklərini və məsuliyyətə cəlb olunacaqlarını vəd edib.

Qeyd edək ki, şənbə günü ölkə ərazisində həyat səviyyəsinin bahalaşmasına və qiymət artımına qarşı keçirilən kütləvi nümayişlərə 500 mindən artıq şəxs qatılıb.

Əlaqəli Xəbərlər