Menyu

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Operativ Media
Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar
1 dəq oxu

İordaniyanın paytaxtı Ammanda keçirilən cüdo üzrə gənclər arasında Asiya Kubokunda Azərbaycan millisinin bütün təmsilçiləri mükafatçılar sırasında yer alıblar.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Məlumata görə, komandamız 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 5 medal əldə edib. Gülşən Hüseynova (-48 kiloqram) və Ayan Əliyeva (-63 kiloqram) turnirin qalibi olublar. Gülgəz Musayeva (-48 kiloqram) və Aytən Verdiyeva (-57 kiloqram) ikinci, Çinarə Sadıqova (-52 kiloqram) isə üçüncü yeri tutub.

Azərbaycan yığması ilk yarış gününü qızların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 2-ci sırada başa vurub.

Qeyd edək ki, beynəlxalq yarışda 19 ölkədən 121 cüdoçu iştirak edir.

Əlaqəli Xəbərlər